ATV məmurları sərt tənqid atəşinə tutdu – VİDEO
Azad Azərbaycan telekanalında teleaparıcı Turan İbrahimovun moderatorluğu ilə yayımlanan “ATV Səhər” verilişində məmurlar sərt tənqid olunub.
Oxu.Az xəbər verir ki, süjetdə prezident İlham Əliyevin məmurlara xəbərdarlığı dəfələrlə xatırladılıb.
Hazırlanmış geniş reportajda bir çox hallarda məmur və nazirlərin xalq ilə məsafə saxladığı, problemlərə biganə yanaşdıqları qeyd olunur. Reportajda nazirliklərin mətbuat xidməti rəhbərlərinin media ilə normal işləmədikləri də vurğulanır.
Qeyd olunur ki, nazirliklər laqeydliklərdən uzaqlaşmalı və dəyişiklik etməlidirlər:
“Maraqlı bir sual yaranır. Görəsən, xalqın içində olmaq vaxt itkisidir, yoxsa laqeydlik? Bəlkə məmurun xalq sözünə allergiyası var? Əgər belədirsə, adı da dəyişək. Təki yaxınlıq, doğmalıq olsun. Əks halda, siz dəyişməli olacaqsınız, cənablar!”.
Videosüjeti təqdim edirik:
Mənbə:> Oxu.Az