Sığortasız maşın sürənlərə şad xəbər – VİDEO
İcbari sığortası olmadığına görə 50 manat miqdarında cərimələnən sürücülərə 20 gün möhlət veriləcək.
AzNews.info xezerxeber-ə istinadən xəbər verir ki, yəni, həmin sürücülər yalnız 20 gündən bir cərimə oluna biləcəklər.
Əvvəllər isə miqdarı 50 manat olan bu cərimə sürücüyə gün ərzində, hətta bir neçə dəfədə tətbiq oluna bilərdi.
Bu barədə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Beləliklə, qaydanı pozduğu üçün cərimələnən sürücü məsuliyyətsizlik edərsə belə, avtomobilini 20 gün sığortasız idarə edə biləcək.
Təcrübə isə göstərir ki, dəymiş ziyanın məhkəmə üsulu ilə ödənilməsi zamanı sürücülər kifayət qədər çox vaxt itkisi ilə üzləşirlər.
Ekspertlər isə hesab edir ki, bu halın qarşısını almaq və yollarda sığortasız avtomobillərin sayını azaltmaq üçün bu müddətin azaldılması məqsədəuyğundur.
Mənbə:> Xəzərxəbər