Özbəkistanda Üzeyir Hacıbəyli adına mərkəzin açılışı baş tutub » AzNews.info -Xəbər portalı

Özbəkistanda Üzeyir Hacıbəyli adına mərkəzin açılışı baş tutub – FOTO

Özbəkistanda Üzeyir Hacıbəyli adına mərkəzin açılışı baş tutub


Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olmuşdur.

Qeyd edək ki, layihə çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan Dövlət Konservatoriyasında yerləşən "Soqdiana" Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin zalı müasir səviyyədə qurulmuş, tərtibat işləri aparılmışdır.

AzNews.info-ya nazirlikdən verilən məlumata görə, Özbəkistan Mədəniyyət və İdman Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən Mərkəzə dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adı verilmişdir.

Əvvəlcə Mərkəzin rəsmi açılışı olmuş, daha sonra giriş sözü ilə çıxış edən Özbəkistan Dövlət Konservatoriyasının rektoru, professor Bəxtiyar Yaqubov yüksək səviyyədə qurulmuş Musiqi Mədəniyyəti Mərkəzinin Özbəkistan-Azərbaycan arasında mədəni əlaqələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərinin Özbəkistanda öyrənilməsi, ifası işinə dəstək verəcəyini, bu ölkədə Azərbaycan musiqisinin fəal təbliğatçısına çevriləcəyini qeyd etdi.

O, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyacaq Mərkəzin xidmətlərindən gələcəkdə Özbəkistan Dövlət Konservatoriyasında təhsil alan tələbələr, mütəxəssislər də faydalana biləcəyini bildirdi və layihənin reallaşdırılmasına görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirdi.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dahi Üzeyir Hacıbəylinin adını daşıyan Mərkəzin Özbəkistan Dövlət Konservatoriyasında fəaliyyət göstərməsini böyük hadisə adlandırdı və gələcəkdə Mərkəzin qardaş Özbəkistanda milli musiqimizin təbliğatçısına çevriləcəyini, dünya şöhrətli Azərbaycan bəstəkarlarının əsərlərinin təbliğinə və Özbəkistan səhnələrində tez-tez ifa olunmasına şərait yaradacağını qeyd etdi. O, Mərkəzdə həmçinin Özbəkistanın "Soqdiana" Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin məşqlərinin də həyata keçiriləcəyini vurğuladı.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Azərbaycan musiqisinə, bəstəkarlarının əsərlərinə Özbəkistanda böyük maraq olduğunu qeyd edərək, Azərbaycanın zəngin musiqi ənənələri barədə danışdı və məhz Azərbaycanda Şərqdə ilk operanın əsasının qoyulduğunu qeyd etdi.

Daha sonra Xalq çalğı alətləri Dövlət Kamera Orkestri dahi Üzeyir Hacıbəyovun əsərlərindən ifa etdi, orkestrin solisti Səncər Qədirov "Ay Laçın" Azərbaycan xalq mahnısını ifa etdi.

Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin Özbəkistanın xalq çalğı alətləri Kamera Orkestrinin bədii rəhbəri, professor Firuzə Abduraximova rəhbərlik edəcəkdir.

Firuzə Abduraximovanın rəhbərliyi Özbəkistanın Xalq çalğı alətləri Dövlət Kamera Orkestri dəfələrlə Özbəkistan səhnələrində Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərini ifa etmiş, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən 20 yanvar və Xocalı soyqırımına həsr olunmuş anım tədbirlərində möhtəşəm konsert-rekviem proqramlarında Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişlər.

Özbəkistanda Üzeyir Hacıbəyli adına mərkəzin açılışı baş tutub

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *