“8 Mart”la bağlı məktəblərdə qadağa – FOTO
Elan məktəbin divarında yerləşdirilib.
Hər il 8 Mart ərəfəsində məktəblərdə şagirdlərdən pul yığmaq məsələsi gündəmə gəlir.
Qafqazinfo xəbər verir ki, bayramın yaxınlaşdığı bir vaxtda Bakı şəhərində fəaliyyət göstərən 45 nömrəli məktəbdə bu ənənəyə son qoyulub.
Belə ki, müdiriyyət tərəfindən bayramla əlaqədar pul yığımının qəti qadağan edildiyi barədə elan artıq məktəbin divarında yerləşdirilib.
Mənbə:> Qafqazinfo.az