İçərisində 45 min dollar olan seyfi oğurlayan şəxs ələ keçdi
Bakıda içərisində 45 min dollar olan seyfi oğurlamış Yaşar Məmmədov tutulub.
Bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Bakı şəhər sakini Turan Seyidova məxsus evdən içərisində 45 min dolları olan seyfi oğurlamış Yaşar Məmmədov tutulub.
Turan Seyidov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qonağı - qaynı Şuşa şəhər sakini, 1971-ci il təvəllüdlü Yaşar Məmmədov 45 min dolları olan seyfi oğurlayıb.
Qeyd edək ki, oğurluq edən şəxs Turan Seyidovun qaynıdır.
Mənbə:> Oxu.Az