“Çuşka” qalmaqalı... - Röya kimdən qisasını aldı? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Foto, Video

“Çuşka” qalmaqalı... - Röya kimdən qisasını aldı? – VİDEO+FOTO

“Çuşka” qalmaqalı... - Röya kimdən qisasını aldı?


Ötən gün əməkdar artist Röya Ayxanın “5-ci element” verilişində keçmiş "W-trio"çular barədə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, Röya verilişdə keçmiş silahdaşlarının onu “prikol”a tutduğunu, “çuşka” adlandırdığını vurğulayıb:

“Həmişə “W-trio” vaxtı qızlar məni "prikol"a tuturdular. İngilis dilini bilmirdim, deyirdilər “çuşka”san, sən pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. Deyirdilər ki, Aşıq olacaqsan... (gülür) O vaxtlar həmişə evə pul aparmağa çalışırdım”.

Röyanın açıqlamasında ən diqqət çəkən məqam isə həmkarlarının geyim tərzi ilə bağlı kinayəli gülüşü və atmacası olub:

“İndi onlar inciməsinlər, hər şey dəyişdi. Elnarənin, Natavanın geyimlərinə baxıram, deyirəm ay…”

“Çuşka” qalmaqalı... - Röya kimdən qisasını aldı?


Əməkdar artistin bu açıqlamasından sonra hər iki müğənni- Natavan Həbibi və Elnarə Xəlilova ilə əlaqə saxlamağa çalışdıq. Onlar məsələyə münasibət bildirmək istəməyiblər.

Maraqlıdır ki, Röya, Elnarə və Natavandan ibarət olan qrup 1999-cu ildə yaranıb. Vaqif Gərayzadənin rəhbəri olduğu “W-trio” elə ilk gündən tamaşaçılardan böyük rəğbət qazanmışdı.

“Çuşka” qalmaqalı... - Röya kimdən qisasını aldı?


Xüsusilə də, “Ay ləli yar” mahnısı qrupu daha da məhşurlaşdırmışdı.

“Qafqazinfo” bu məqamda hər üç müğənninin “W-trio”da və hazırki fotolarını təqdim edir:

“Çuşka” qalmaqalı... - Röya kimdən qisasını aldı?
“Çuşka” qalmaqalı... - Röya kimdən qisasını aldı?
“Çuşka” qalmaqalı... - Röya kimdən qisasını aldı?



Qrupdan ilk ayrılan isə Röya olmuşdu. Müğənni elə sözügedən verilişdə bunun səbəbini də açıqlayıb:

“Bir dəfə qızlar siqaret çəkməyimi Vaqif Gərayzadəyə satdılar. Kişi məni çox danladı. Məni satmalarına çox pis oldum. Bir az söhbətlər oldu. Dedim ki, qrupdan gedirəm. Guya mən siqaret çəkməklə Natavan və Elnarəyə ləkə gətirə bilərəm. Dedim ki, Vaqif müəllim, mən gedirəm. Ancaq bilin ki, stollarda oxuyub pul qazanmayacağam. Kiminsə pulu ilə məşhurlaşmayacağam. O da dedi ki, sübut et”.



Hazırda 3 övladı olan Elnarə isə qrup qızlarından daha çox şıltaqlığı və zövqlü geyimi ilə fərqlənirdi. O, qısa müddət ərzində bir sıra hit mahnıları ilə gündəmə gəldi.

“Çuşka” qalmaqalı... - Röya kimdən qisasını aldı?


Daha sonra Elnarə teleaparıcı Rövşən Cahangirovla ailə həyatı qurdu. Ərə gedəndən sonra Elnarənin təkcə yaradıcılığında deyil, eləcə də geyim tərzində dəyişiklik baş verdi. Müğənni daha çox klassik və qapalı geyimlərə üstünlük verməyə başladı.

“Çuşka” qalmaqalı... - Röya kimdən qisasını aldı?


2006-cı ildə qrupdan ayrılan Natavan da qayıdışıyla şou-biznesdə imzasını qoya bilmişdi. O, “Ulduzlar yandı” mahnısı ilə ulduzunu parlatmağa başladı. Nata bir-birinin ardınca ifa etdiyi mahnılarla “W-trio”nun digər iki qızından heç də geri qalmadığını göstərdi.

“Çuşka” qalmaqalı... - Röya kimdən qisasını aldı?


Elnarə kimi Natavanın da yaradıcılığında son illər sakitlik hökm sürür. Röya isə əvəzində Azərbaycanla kifayətlənməyib, Türkiyə şou-biznesinə qoşulmağa can atır.

“Çuşka” qalmaqalı... - Röya kimdən qisasını aldı?


Maraqlıdır ki, “W-trio”nun eks-kollektivi qrup parçalanandan sonra cəmi bir dəfə bir araya gələ bilib.

O da xalq artisti Aygün Kazımovaya qarşı birləşərək “Kimdir nömrə 1” mahnısını ifa ediblər.

“Çuşka” qalmaqalı... - Röya kimdən qisasını aldı?


Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *