Həbsxanada Azərbaycan tütünündən gizli siqaret istehsalı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Həbsxanada Azərbaycan tütünündən gizli siqaret istehsalı

Həbsxanada Azərbaycan tütünündən gizli siqaret istehsalı


Rusiyanın Leninqrad vilayətinin prokuroru Stanislav İvanov “Yablonovka” həbsxanasında gizli siqaret sexi aşkarlanmasından qəzəblənib.

Oxu.Az “47news.ru”ya istinadən xəbər verir ki, gizli sexin xammalı - tütün Azərbaycandan gedirmiş.

Yanvar ayının 29-da koloniyaya desantlar gəlib. Sexin ərazisi min kvadratmetrə yaxın olub, orada “Belomorkanal” siqaretinin istehsalı üçün 10, “Prima” siqaretinin istehsalı üçün 5 dəzgah olub. İşçilər isə, təbii ki, həbsxana sakinləri, yəni dustaqlar idi.

40 min qutu “Belamor”, 3 min qutu “Prima” və “Tambovski vojak” siqaretləri müsadirə edilib.

Bundan başqa, 8 min saxta aksiz markası aşkar edilib. Siqaretlər üçün qablaşdırmaların həbsxanaya Veliki Novqoroddan, tütün isə Azərbaycandan gətirildiyi müəyyənləşdirilib. Yoxlama ilə İstintaq Komitəsi məşğul olur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *