Bakı sakini sosial şəbəkədə tanış olduğu qıza görə şantaj olundu
Bakı sakini internetdə tanış olduğu qızla görüşdükdən sonra şantaj olunub.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, fevralın 5-də Bakı şəhər sakini Fərid Şükürov polisə müraciət edərək yanvarın 17-də sosial şəbəkədə tanış olduğu bir qadınla əvvəlcədən razılaşdırdıqları yerdə görüşdüklərini, orada tanımadığı 3 nəfərin ona hədə-qorxu gələrək 240 manatını almalarını, yenidən pul gətirməyəcəyi tədqirdə öldürəcəkləri ilə hədələmələrini, fevralın 4-də isə daha 100 manat tələb etmələrini bildirib.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Ağcabədi rayon sakinləri Zaur Əhmədov tutulmuş, digər 2 nəfər isə müəyyən edilib.
Axtarış tədbirləri davam edir.
Mənbə:> Oxu.Az