Sloveniyada ölkə tarixində ən böyük yol qəzası baş verib – FOTO
Sloveniyada maqistral yolda 70-dən çox avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, daha 33 nəfər yaralanıb, Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
Paytaxt Lyublyana ilə Adriatik dənizin sahilini birləşdirən yolda zəncirvari qəza zamanı 66 minik avtomobili, 4 yük maşını və bir avtobus toqquşub.
Hadisə şənbə günü baş verib, lakin xəsarət alanların təxliyyəsi və yolun əzilmiş avtomobillərdən təmizlənməsi gecə yarısına qədər davam edib.
Polis qəzaya səbəb kimi havanın dumanlı olmasını göstərib.
Mənbə:> Oxu.Az