Daha bir neftçinin cəsədi tapıldı
İtkin düşən neftçilərdən daha birinin cəsədi tapılıb.
“Qafqazinfo” SOCAR-ın saytına istinadən xəbər verir ki, bu gün Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib. Hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır.
Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür.
Qeyd edək ki, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
Mənbə:> Qafqazinfo.az