Nazirlik: 844 dərmanın adına yox, seriyasına qadağa qoyulub
“Digər seriyaları açıq satışda var”.
Səhiyyə Nazirliyi tərəfindən müəyyən dərman vasitələrinin dövriyyəsinə qadağa onların adlarına deyil, ancaq siyahıda göstərilən seriyalarına qoyulub.
Oxu.Az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, siyahıda adları göstərilən və dövriyyəsi qadağan edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb istifadə edə bilərlər.
“Son günlər bir sıra kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyi tərəfindən 844 dərman vasitəsinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı informasiyalar yayılmışdır.
Bununla bağlı bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən dövriyyəsinə qadağa dərman vasitələrinin adlarına deyil, ancaq siyahıda göstərilən SERİYALARINA qoyulub.
Siyahıda adları qeyd edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb istifadə edə bilərlər.
Bir daha qeyd edirik ki, dövriyyəsinə qadağa siyahıda göstərilən dərman vasitələrinin adlarına deyil, onların siyahıdakı SERİYALARINA aiddir”, - deyə, məlumatda bildirilir.
Mənbə:> Oxu.Az