İsmayıllıda qar 12 kəndi işıqsız qoydu
İsmayıllı rayonunda, Lahıc qəsəbəsinə gedən yolda, Namazgah kəndi ərazisində qar uçqunu baş verib. Nəticədə yol tamamilə bağlanıb.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev AzərTAc-a bildirib ki, hazırda əraziyə çoxlu sayda texnika cəlb olunub, yolun açılması istiqamətində iş görülür.
Bildirilib ki, qarın hündürlüyü İsmayıllı şəhərində 45, rayonun şimal hissəsində isə 70-75 santimetrə çatıb. Qarın ağırlığına tab gətirməyən işıq naqillərində problemlər yaranıb. Nəticədə 12 yaşayış məntəqəsində işıqlar tamamilə sönüb, hazırda mütəxəssislər tərəfindən enerjinin bərpası istiqamətində iş aparılır.
Mənbə:> AzərTAc