Nazirlikdən hava xəbərdarlığı: -10° şaxta olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nazirlikdən hava xəbərdarlığı: -10° şaxta olacaq

Nazirlikdən hava xəbərdarlığı: -10° şaxta olacaq


Yanvarın 3-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin yağıntılı olacağı, qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən Oxu.Az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan xeyli yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 10-15 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *