Mingəçevir sakini kredit borcunu ödəmək üçün ev yardı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Foto

Mingəçevir sakini kredit borcunu ödəmək üçün ev yardı – FOTO

Mingəçevir sakini kredit borcunu ödəmək üçün ev yardı


Mingəçevirdə həmyerlisinin evinə girərək soyğunçuluq edən gənc yaxalanıb.

ANS PRESS-in məlumatına görə, bu, şəhər sakini Elşən Məmmədovdur.

İstintaqa ifadəsi zamanı Elşən əvvəlcədən oğurluq üçün girəcəyi evdə heç kimin olmayacağını müəyyənləşdirdiyini deyib.

Daha sonra kustar üsulla hazırlanmış açar vasitəsilə qapının kilidini açaraq içəri daxil olub: "Bilirdim, arxayın idim ki, evdə heç kim yoxdur. Gəldim, açdım, axtardım tapdım. Divanın arxasındakı çantanın içində pul və qızıl var idi".

Çantanın içərisində olan 1200 dollar və 2260 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan Elşən qapını açdığı kimi də bağlayaraq evdən çıxıb.

Heç bir yerdə işləməyən Elşən Məmmədov götürdüyü pulun bir qismi ilə borclarını ödəyini, bir hissəsini isə xərcələdiyini deyib. Oğurlanan qızıl–zinət əşyaları və qalan 300 dollar pul isə polis tərəfindən maddi sübut kimi götürülüb.

Mingəçevir sakini kredit borcunu ödəmək üçün ev yardı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *