Bankın qarşısında özünü yandırdı - Bakıda dəhşət » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bankın qarşısında özünü yandırdı - Bakıda dəhşət – VİDEO (18+)

Bankın qarşısında özünü yandırdı - Bakıda dəhşət


Azərbaycanda banka borclu daha bir nəfər intihara cəhd edib.

AzNews.az xəbər verir ki, hadisə “Azadlıq Prospekti” metrostansiyası yaxınlığında, 8-ci mkr. S.S.Axundov küçəsində baş verib. “Muğanbank”a borclu olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov pulu ödəyə bilmədiyi üçün bankın Binəqədi filialının qarşısına gələrək, üstünə benzin töküb və yandırıb.

Dərhal əraziyə təcili tibbi yardım avtomobili və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Malik Hüseynov əraziyə çağırılan təcili yardım maşını vasitəsilə Respublika Yanıq Mərkəzinə aparılıb.

Xəstəxanada yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda o, reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır.

Məlumata görə, intihara cəhd edən 30-35 yaşlı kişi bankdan pul götürərək maşın alıb. Pulu ödəyə bilmədiyi üçün avtomobil bankın təqdimatı ilə polis tərəfindən həmin şəxsdən müsadirə olunub. Maşını əlindən alınan borclu da çıxış yolunu özünü yandırmaqda tapıb.

İntihar cəhdi ilə bağlı daha bir maraqlı məqam var. Belə ki, özünü yandıran şəxs banka gəlməzdən əvvəl Binəqədi Rayon İcra Hakimiyyətində olub. O, İcra Hakimiyyəti Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovla görüşüb. Banka borclu olan şəxs R.Göyüşovdan “Muğanbank”da işləyən oğlu və Mərkəz filialının sədri Rəşad Göyüşovdan və qardaşı oğlu “Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü Urfan Göyüşovdan ona güzəşt etməsi üçün xahiş etməsini istəyib. Lakin R.Göyüşov oğlunun, eyni zamanda qardaşı oğlunun işlərinə qarışmadığını bildirib və banka müraciət etməsini məsləhət görüb.

Dəhşətli intihara cəhd hadisəsinin videosunu təqdim edirik:


Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 20 yanvar 2016 06:24
  • Yazan: baobao
Replica Designer Replica Handbags are also very popular because, the fashion usually keeps changing and Rolex Watches and other Giuseppe Zanotti Shoes items help you to be kept pace with the latest fashion. In other words, replica rolex watches and purses become out of date soon. This is why, replica Louis Vuitton handbags, purses and wallets are more viable than the original one. You can easily buy several Rolex Watches and other items at the cost of an original one.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *