Yıxıldı, ayıldı – seks » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Kriminal

Yıxıldı, ayıldı – seks

Yıxıldı, ayıldı – seks


London məhkəməsi 18 yaşlı qızı zorlamaqda günahlandırıran Səudiyyə Ərəbistanlı milyonçuya bəraət qazandırıb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, hakim müttəhimin “qızın yanına təsadüfən daxil olması, büdrəyib onun üzərinə yıxılması” ilə bağlı izahından razı qalaraq, ittihamı götürüb.

Developer şirkətinin 46 yaşlı sahibi Ehsan Əbdüləziz əvvəllər yeniyetmə qızın zorlanmasında ittiham olunurdu. İşin materiallarında qeyd olunurdu ki, o, zorakı hərəkətləri 2014-cü ilin avqustunda Qərbi Londonda Meyda-Veyldə yerləşən mənzilində edib. Milyoner divanda yatan qızı zorlayıb.

Onun qurbanı bildirib ki, 7 avqust 2014-cü ildə Əbdüləzizlə Cirque Le Soir gecə klubunda tanış olub. Gənc qız ora artıq Əbdüləzizlə tanış olan 24 yaşlı rəfiqəsi ilə gedibmiş.

Gecənin sonunda milyonçu qızlara Aston Martin avtomobili ilə onun evinə getməyi təklif edib. Qızlar razılaşıblar və tezliklə hər üçü ərəb biznesmenin evinə gəliblər. Zərərçəkənin sözlərinə görə, onlar araq içiblər, daha sonra Əbdüləziz onun rəfiqəsi ilə yataq otağına keçib.

18 yaşlı qızın sözlərinə görə, səhəri gün ayılarkən o, Əbdüləzizi üzərində görüb. Bu zaman onların arasında cinsi əlaqəni göstərən açıq-aşkar izlər aşkarlayıb.

Milyonçu iddia edir ki, o, sadəcə qıza yatmaq üçün köynək yaxud da evə getmək üçün taksi çağırmağı təklif etmək istəyib. Kişi həmçinin bildirib ki, qız özü onu seksual əlaqəyə təhrik edib, Mail Online yazır.

Ehsan Əbdüləzizin sözlərinə görə, hər şey o, təsadüfən yıxıldıqdan sonra baş verib:

“Mən zəif cinsəm. Lakin mənimlə bu qızın arasında heç bir şey olmayıb”, - deyə, o, bildirib.

Milyonçu qızın orqanizmində öz DNT izinin aşkarlanmasını da təsadüfən yıxılmaqla izah edib – guya cinsi əlaqə də elə bu zaman, təsadüfən baş verib.

Maraqlısı odur ki, səudiyyəli milyonçunun izahatı hakimi tam qane edib və o, zorlama ittihamını müttəhimin üzərindən götürüb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *