Seksual analitik: Hamı Qafqaza, Azərbaycana! » AzNews.info -Xəbər portalı

Seksual analitik: Hamı Qafqaza, Azərbaycana! – VİDEO

Seksual analitik: Hamı Qafqaza, Azərbaycana!


Əgər əyri oturub düz danışmaq lazım gəlsə, bizim hamımız seks-turizm ilə məşğul oluruq. Kiminsə hansısa “Tinder”də tanış olduğu oğlan ilə Barselonada təsadüfi gecələri və ya Berlində həftə sonları var. Mən İtaliyadan seksual təəssüratı olmadan qayıdan qız tanımıram.

Oxu.Az xəbər verir ki, bu barədə seksual analitik Arina Xolina “Dojd” telekanalının efirində danışıb.

Onun sözlərinə görə, bir çox qadınlar ürək bulanmasına səbəb olan evdəki yataq səhnələrindən bezib, heç olmasa bir dəfə özlərini qadın kimi hiss etmək, yad, yaraşıqlı kişini qucaqlamaq, yeni ehtiras hiss etmək üçün Qırmızı və ya Aralıq dənizinə yola düşüblər.

“Belə çıxır ki, indi bütün bu qadınları zəmanətli həzzdən məhrum ediblər.

İndi meydana belə bir sual çıxır: bu yazıq qadınlar hara getsinlər? Avropalılar üçün Keniya uyğun gəlir, amma bizdə o istiqamətə heç bir turizm xidməti yoxdur. Əslində var, amma çox bahadır, ora artıq çox zənginlər gedir, həm də seks üçün yox, sadəcə yerli abidələrə baxmaq üçün.

Əlbəttə, İsrail var, ora getmək asandır: viza yoxdur, düzdür, bahadır, amma nə isə fikirləşmək olar. İldə iki dəfə getmək mümkündür. Cənubi Tel-Əviv kasıb, əsasən də Afrika miqrantlarının yaşadığı rayondur.

Doğrudur, bəziləri üçün çox qorxunc görünə bilər, amma əgər orada gecə yarısı tək, həm də lüt gəzməsən, qorxulu heç nə baş vermir. Günorta kafelərə getmək olar, orada kafe çoxdur, həm də ucuzdur. Məncə, elə orada kiminləsə tanış olmaq olar, çünki adətən elə hər şey belə başlayır”.

Daha sonra isə qadınlara Qafqaza - Azərbaycana, Gürcüstana, Ermənistana, Acariyaya, Abxaziyaya və s. gəlmək məsləhət görülür.

Həmin süjeti diqqətinizə çatdırırıq:


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *