Küçədə qışqıranları cərimələyəcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Küçədə qışqıranları cərimələyəcəklər – 3500 manata qədər

Küçədə qışqıranları cərimələyəcəklər


Azərbaycanda küçələrdə, istirahət yerlərində, ictimai yerlərdə və yaşayış evlərinin yanında gecə vaxtı səs-küy salanlara, vətəndaşların istirahətinə mane olanlara qarşı cəzalar sərtləşdirilir.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Yeni Məcəllənin 520-ci maddəsinə görə, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər saat 07.00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manata qədər, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manata qədər cərimə olunacaqlar.

Hazırda qüvvədə olan maddəyə görə isə belə hallarda xəbərdarlıq olunur və ya 30 manatdan 50 manata qədər miqdarda cərimə tətbiq edilir.

Azərbaycan prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunacağı halda 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *