Bakı metrosunda sərnişin polisi döydü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakı metrosunda sərnişin polisi döydü

Bakı metrosunda sərnişin polisi döydü


Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin stansiyalarından birində sərnişin polisi döyüb.

Report-un xəbərinə görə, hadisə metronun “Həzi Aslanov” stansiyasında baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Fariz Əsədov sərxoş vəziyyətdə stansiyaya daxil olaraq metrodan istifadə qaydalarını pozub. Bu zaman orada xidmətdə olan polis serjantı Bəhruz Zeynalov onu intizama dəvət edib. Lakin F.Əsədov müqavimət göstərərək B.Zeynalova xəsarət yetirib. Polis əməkdaşı üz nahiyəsindən xəsarət alıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *