Vəhabilərin Sumqayıtda tapılan yeraltı məscidindən » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Vəhabilərin Sumqayıtda tapılan yeraltı məscidindən – VİDEO

Vəhabilərin Sumqayıtda tapılan yeraltı məscidindən


AzNews.info-nun ans press-ə istinadən məlumatına görə, Coratdakı tikililərdən ilk baxışda bir o qədər də fərqlənməyən bu ev barədə olanları eşidən hər kəs indi təəccüblə baş verənləri izləyir. Yaşayış evi Sumqayıtda radikal dini təriqətin lideri kimi tanınan Zöhrab Şıxəliyevə məxsusdur. Bu şəxs ötən gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Məlum olub ki, diqqət çəkməyən bu evdə əslində təhlükə yaradacaq hadisələr baş verirmiş. Evə baxış zamanı xeyli sayda silah-sursat və partlayıcı vasitələr aşkar edilib. Yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb. Amma bu hamısı deyil.

Saxlanılan şəxs ikinci ərazisində, yəni evinə birləşik olan bu ərazidə ibadət evi tikməyə çalışırmış. Və elə bütün hadisələr də ibadətə evinin arxasında qazılmış anbarda baş verib. Belə ki, saxlanılan şəxs həmin anbarı silah-sursat yeri kimi istifadə edib. Həmin əraziyə keçid isə evin yan tərəfində olan kiçik qapıdan mümkün olurmuş.

Baxış keçirilərkən üzərindən “Valter” markalı tapança aşkar edilən Zöhrab Şıxəliyev tikilini tamamlamamaqla həm də diqqəti yayındırmağa çalışıb. Hətta Zöhrabın valideynləri belə həyətdə olan bu yarım tikilinin hansı məqsədlər üçün istifadə edildiyindən xəbərsiz olublar. Şıxəliyevlər ailəsinin xanımı, yəni Zöhrabın anasından onu da bildirib ki, övladının qanunsuz əməllərinə görə ailə ondan üz döndərib. Zöhrab dəfələrlə qonşulara həyətdə olan bu yarımçıq tikilidən istifadə etmədiyini deyib.

Kənardan inşası dayandırılmış kimi görünən tikilinin zirzəmisi əslində tam təmir edilib. Və dünənə qədər də burda insanlar ibadət edirmiş. Bura gedib-gələn şəxslərin kim olduğuna nəzarət etmək üçün və onların təhlükəsizliyini qorumaq üçün hətta tikiliyə müşahidə kameraları da quraşdırılıb.

İstifadə üçün tam yararlı vəziyyətə gətirilən zirzəmiyə dərslərin keçirilməsi üçün Azərbaycan və Ərəb dilində müxtəlif kitablar gətirilib. Həm də mədrəsə kimi istifadə edilən zirzəmi bütün texniki vasitələrlə də təmin edilib. Bu məkanın mədrəsə və ya ibadət evi kimi istifadə edilməsi isə qanunsuz olub. Hətta qanunsuz saxlanılan silah-sursatın müəyyən bir qismidə bu mədrəsədə qorunub saxlanılıbmış. Hələ bir müddət əvvəl Dini Qrumlarla İş üzrə Dövlət Kommitəsi öz evini mədrəsəyə və ibadət evinə çevirən Zöhrab Şıxəliyevə bunu qadağan etmişdi. İşin icra edilməsində müəyyən problemlərin yaranması isə sonda bu cür qanunsuz əməllərin şaxələnməsinə şərait yaradıb. İndi hamını maraqlandıran bu yarımtikilidə görülən işlər və cızılan planlardır.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *