Ana 8 aylıq körpəsi ilə yoxa çıxıb
Masallı rayonunda ana və körpəsi itkin düşüb.
AzNews.info lent.az-a istinadən xəbər Hüseynhacılı kənd sakini Quliyeva Ramilə Yusif qızı noyabrın 13-də gecə saatlarında qızı, 8 aylıq Zarina ilə evdən çıxaraq naməlum istiqamətə gedib.
Həmin vaxtdan etibarən R.Quliyeva ilə əlaqə saxlamaq mümkün olmayıb.
Yaxınları R.Quliyevanın və körpəsinin xarakterik əlamətlərini polisə təqdim edib.
Axtarış tədbirləri davam etdirilir.
Mənbə:> Lent.az