Sinoptiklər istirahət günü yağış yağacağını deyirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sinoptiklər istirahət günü yağış yağacağını deyirlər

Sinoptiklər istirahət günü yağış yağacağını deyirlər


Bakı və Abşeron yarımadasında istirahət günü buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir duman olacağı, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *