Abituriyent olmaq maraqlıdır: ciddi məsələyə yeni yanaşma » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Gənclik

Abituriyent olmaq maraqlıdır: ciddi məsələyə yeni yanaşma

Abituriyent olmaq maraqlıdır: ciddi məsələyə yeni yanaşma


Qəbul imtahanlarından söz düşəndə hər bir abituriyent bunun çox uzun və əzablı proses olduğunu düşünür. Amma hər birimiz gələcəyimizi qurmaq üçün bu mərhələni keçməyə məcburuq.

Öz təcrübəmizdən də bilirik ki, hazırlıq prosesi yaddaşımızda xoş xatirələrlə qalmır. Saysız-hesabsız məlumat axını, sonsuz əzbərləmələr, kifayət qədər standart tədris strategiyası və bütün prosesin mexanikləşdirilməsi abituriyentləri yorur.

Oxu.Az xəbər verir ki, xoşbəxtlikdən bu sahə də inkişafdan qalmır və bizim ölkədə də konservativ tədris metodların yenilərilə əvəz olunması sadəcə vaxt məsələsidir.

Bu baxımdan, imtahanlara ənənəvi hazırlıq prosesinin şablon metodlarından çoxdandır imtina etmiş Qərbi Avropa və ABŞ nümunə kimi göstərilə bilər. Bu ölkələrdə “edutainment” metodu (ingiliscə “education” və “entertaiment” sözlərindən yaranıb) geniş yayılıb, yəni təhsillə əyləncənin birləşdirilməsi. Bu yanaşma məşğələlərdə daha yaradıcı olmaq və interaktivliyi gücləndirmək məqsədi daşıyır.

Metodika, eyni zamanda, nəticəyə hesablanmış taktiki və strateji məsələlərə də diqqət ayırır. Kursların məqsədi “tədris olunan fənlərə əsl maraq aşılamaq” deyil. Kurslarda hər şey vaxtdan düzgün istifadə etməyə, faydalı iş əmsalını artırmağa xidmət etməlidir. Bundan başqa, hazırlıq müddətində və imtahan zamanı abituriyentin psixoloji hazırlığına və stresə davamlılığına xüsusi diqqət yetirilir.

Mövcud metodikanın tərəfdarları onlara yad olan sistemi asanlıqla inkar edə bilərdilər, lakin abituriyentlərin qəbul imtahanlarında göstərdikləri yüksək nəticələr və effektivlik buna imkan vermədi. Bunların hamısı həmin metodikanın uğurlu tətbiqini və belə kursların ölkəmizdə vacib olduğundan xəbər verir.

Sevindiricidir ki, son vaxtlar bununla bağlı gözəl xəbərlər eşidirik. Yayılan məlumatlara görə, artıq Bakıda da yaradıcı metodikaya əsaslanan hazırlıq kurslarının açılması gözlənilir. Ümid edirik, bu məlumat doğrudur və bundan sonra abituryentlər üçün qəbul imtahanlarına hazırlıq prosesi əziyyətli olmayacaq. Əksinə, yeni metod əyləndirərək öyrədəcək və abituriyentlər sinif otağından məmnuniyyətlə çıxacaqlar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *