Bakıda İtaliya Mərkəzinin açılışı oldu » AzNews.info -Xəbər portalı

Bakıda İtaliya Mərkəzinin açılışı oldu – FOTO

Bakıda İtaliya Mərkəzinin açılışı oldu


Noyabrın 6-da Bakıda İtaliya Mərkəzinin açılış mərasimi keçirilib. Mərkəz Azərbaycan-İtaliya Assosiasiyasının icracı direktoru Paola Kasaqrandenin dəstəyi, Going&Study Tehsil Merkezinin həmtəsisçisi Fərhad Abbasəli, həmin təhsil mərkəzinin icraçı direktoru Çingiz Əskərov və İtaliya-Azərbaycan Gənclər Assosiasiyasının sədri Fərid Abbasovun təşkilatçılığı ilə yaradılıb.

AzNews.info xəbər verir ki, açılış mərasimində "Via della seta" (İpək Yolu) jurnalının baş redaktoru Elçin Mirzəbəyli,Azərbaycan-İtaliya Assosiasiyasının Mədəni işlər üzrə koordinatoru Stefano Muskaritolo,Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, pianoçu-bəstəkar Kəmalə Əlizadə, opera ifaçısı Adil Axundov iştirak edib.

Mərkəz tam olaraq fəaliyyətinə 2016-cı ilin yanvar ayında başlayacaq.Hazırda isə dil kurslarına qəbul üçün müraciətlərə baxılır.Mərkəz həm də gənc, savadlı kadrların İtaliyada tanınmasına, gələcəkdə təhsil ala bilməsinə və işləməsinə də imkan yaradacaq.

İtaliya mədəniyyəti və italyan dilinin təbliği məqsədiylə yaradılan mərkəzdə italyan dili və İtaliya İncəsənət tarixi, Kulinariya, Moda və Dizayn,Musiqi, Opera ifaçılığı, Kino və Teatr, Qədim Latın və Yunan dili, eləcə də xaricdə təhsillə bağlı müxtəlif kurslar və treyninqlərin keçirilməsi planlaşdırılır.

İtaliya Mərkəzi Murtuza Muxtarov 7 (Səadət Sarayının qarşısında)ünvanında fəaliyyət göstərəcək.

Bakıda İtaliya Mərkəzinin açılışı oldu
Bakıda İtaliya Mərkəzinin açılışı oldu
Bakıda İtaliya Mərkəzinin açılışı oldu

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *