19 yaşlı qızı daş-qalaq edərək öldürdülər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Dünya, Video

19 yaşlı qızı daş-qalaq edərək öldürdülər – VİDEO (+18)

19 yaşlı qızı daş-qalaq edərək öldürdülər


Əfqanıstanın Qor əyalətində 19 yaşlı qızın daş-qalaq edilərək öldürülməsinin videosu yayılıb.

AzNews.info AzadlıqRadiosu-na istinadən xəbər verir ki, iki dəqiqəlik video görüntüdə ətrafa toplaşan kişilər qadını daşa basır, onun qışqırtısı eşidilir.

Yerli polis əməkdaşı Mohammad Aziminin oktyabrın 26-da verdiyi məlumata görə, Rokhsana adlı gənc qız oktyabrın 25-də öldürülüb. Onun 23 yaşlı nişanlısı isə asılıb.

Məlumata görə cütlük evlənmək üçün ailələrini tərk edibmiş. Qor əyalətinin qadınlar üzrə nümayəndəsi Masooma Anwari əyalətdə qadın hüquqlarının bərbad vəziyyətdə olduğunu və yerli hakimiyyətin bu cür halların qarşısını almaqda gücsüz qaldığını deyir.


Mənbə: Azadlıq Radiosu
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *