Masallıda 50 ailə təxliyyə olundu – 3 kəndi su basdı
Bir neçə gündür ki, cənub bölgəsinə yağan güclü yağışın fəsadları hələ də davam edir.
"Qafqazinfo"ya daxil olan məlumata görə, bu gecə Masallının 3 kəndini su basıb. Təklə, Sığıncaq, Əhmədli kəndindən 50-yə yaxın ailə təxliyyə olunub.
Köçürülən ailələr hələ ki, qonşu kəndlərdə sığınıb. Belə ki, Təklə və Sığıncaq kənd sakinləri Çaxırlıya, Əhmədlidən zərər çəkənlər isə Təzə Alvadıya köçürülüb. Sakinlərin sözlərinə görə, güclü yağış hələ də davam edir.
Qeyd edək ki, eyni proses Lənkəran və Cəlilabadda da baş verir. Lənkəranda 500 ailənin təxliyyə olunduğu deyilir.
Mənbə:> Qafqazinfo.az