Bu qadın cəzasını kişilərin həbsxanasında çəkir – FOTO
Ana hesab edir ki, kişilərin həbsxanasında qızını təhlükə gözləyir
Ölkə.Az xəbər verir ki, İngiltərənin Bat şəhər sakini Ceki Bruklin qanun pozuntusuna görə cəzasını çəkən transseksual qızı Tara Hadsonun kişilərin həbsxanasından qadın həbsxanasına köçürülməsini tələb edib.
O, bununla bağlı xüsusi petisiya hazırlayıb və bu qərarı oduqca qəddar adlandırıb. Bruklinin sözlərinə görə, Tara Hadsonun vəsiqəsində cinsiyyəti kişi olaraq göstərilsə də, fiziki olaraq cinsiyyətini dəyişmiş qızı əslində qadındır.
Ana hesab edir ki, kişilərin həbsxanasında qızını təhlükə gözləyir.
Qeyd edək ki, Hadson son 6 il ərzində cinsiyyətinin dəyişdirilməsi ilə bağlı plastik əməliyyatlar keçirib. O həbsxanaya davaya görə düşüb.
Mənbə:> Olke.az