Sinoptiklər havanın yenidən tutulacağını deyir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sinoptiklər havanın yenidən tutulacağını deyir

Sinoptiklər havanın yenidən tutulacağını deyir


Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə mülayim-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *