İstanbulda hava limanında öz reysinə gecikən britaniyalı qadın intihar edib
Türkiyənin Atatürk hava limanında öz reysinə gecikən Böyük Britaniya vətəndaşı Jaklin Enn Satton intihar edib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Satton şənbə günü İstanbuldan Londona gəlib. Buradan o İraqın Ərbil şəhərinə uçmalı idi, lakin reysə gecikib.
Britaniyalı qadın hava limanının işçilərinə bildirib ki, yeni bilet almağa pulu yoxdu. Sonra aeroportun ayaqyoluna keçən qadın özünü ayyaqabılarının bağlarından asıb.
Məlumata görə, onun cəsədi Rusiyadan olan sərnişlər tərfindən tapılıb.
Sattonun meyiti İstanbul məhkəmə-tibbi ekspertizasının meyitxanasına göndərilib.
Mənbə:> Oxu.Az