Misirdə təpəgöz uşaq doğuldu – VİDEO
Alnının ortasında bir gözlə və burunsuz dünyaya gələn körpənin faciəvi fotosu saysız internet istifadəçilərində təəssüf hissi doğurdu.
Oxu.Az TVnet-ə istinadən xəbər verir ki, həkimlər bu uşağın siklopiyadan əziyyət çəkdiyini ehtimal edirlər. Bu xəstəlik zamanı göz almacıqları qismən birləşir və ya üzün orta hissəsində bir göz yuvasında yerləşirlər. Bədbəxt uşağın göz yuvaları hələ ananın bətnindəykən formalaşmayıb.
Siklopiya hələ hamiləliyin ilk mərhələsində uşağın gözü və beyni formalaşdıqda yaranır. Adətən “siklopların” burnu olmur, tənəffüs əzələli xortum vasitəsilə yerinə yetirilir. Adətən siklopiya bir sıra çatışmazlıqlarla müşayiət edilir.
Uşağın anası misirlidir, onun uşağı Misirin şimali-şərqi şəhəri El Senbellaeynin xəstəxanalarının birində dünyaya gətirdiyi bildirilib.
Həkimlər bu deformasiyanın dərmanların və ya radiasiyanın təsirinin nəticəsi olduğunu hesab edirlər.
Uşağın səhhətinə nəzarət edən həkim Əhməd Badrudin bəyan edib ki, uşaq doğularkən başı bütün tüklə örtülü, iri qulaqları və digər bədən deformasiyaları olub.
Badrudin ehtimal edir ki, çoxsaylı fəsadları olan bu uşaq bir neçə gün yaşayacaq. Onun valideynləri dünyanın müxtəlif yerlərindən olan internet istifadəçilərindən təəssüf dolu mesajlar alırlar.
Mənbə:> Oxu.Az