Babək prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır
Bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Babək prospekti ilə Mikayıl Əliyev və Məhəmməd Hadi küçələrinin kəsişmələrində yerləşən yol ötürücülərində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində körpülərdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Həmin istiqamətdə nəqliyyat vasitələri hərəkətlərinə yol ötürücülərinə daxil olmadan yan yollarla rahat və maneəsiz şəkildə davam edə biləcəklər.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Mənbə:> Oxu.Az