Aytacın qatili məhkəmə qarşısında – FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində 11-ci sinif şagirdini qətlə yetirməkdə ittiham olunan Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
AzNews.info xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İzzət Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə prosesi avqustun 21-ə təyin edilib.
Qeyd edək ki, bu ilin aprelin 29-da Nizami rayonun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. Cinayəti törədən şəxs həbs edilib.
Mənbə:> Lent.az