İrəvanın ikinci aprel qorxusu: generalların məxfi görüşü
Ermənistan ordusunda müdafiə naziri Viqen Sarkisyana qarşı gizli təşkilatlanma başlayıb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, ordudakı generallar nazirin “vurulması” üçün gizli görüşlər və məsləhətləşmələr aparırlar.
Məlumata görə, erməni generallar apreldə idarəçilik sisteminin dəyişməsindən sonra ordunun taleyinin necə olacağından narahatdırlar.
Erməni siyasi şərhçi Naira Ayramyan yazır ki, generallar sistem dəyişikliyindən sonra Azərbaycanın erməni ordusunu Qarabağdan asanlıqla təmizləyəcəyindən qorxurlar.
“Apreldən sonra Ermənistanda parlament idarə-üsuluna keçid ediləcək və ölkədə baş nazir əsas güc olacaq. Generallar dəyişiklikdən sonra orduya kimin əmr verəcəyini aydınlaşdırmaq istəyirlər. Həmçinin, onlar ölkənin idarə edilməsində pay almaq istəyirlər. Bütün bunlarla yanaşı, generallar Azərbaycanın Qarabağı azad edəcəyindən narahatdırlar. Hətta məxfi görüşlərdə Azərbaycan ordusunun gücü və Qarabağı bir gecədə azad edə biləcəyi ssenariləri açıq şəkildə müzakirə edilir. Çünki Qarabağ məsələsi onların əksəriyyətinin yüksək post tutmasının əsas səbəbidir”, - deyə erməni şərhçi qeyd edib.
Mənbə:> Publika.az