Məmmədyarov-Nalbəndyan görüşünün ardınca: düşmən bir hərbçimizi vurdu
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
Virtualaz.org qeyd edir ki, Ermənistan ordusunun ötən gecə təmas xəttində atəşkəsi kobud şəkildə pozması xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında Polşanın Krakov şəhərində Minsk Qruöu həmsədrlərinin iştirakı ilə bir neçə saat sürən danışıqlarından dərhal sonra baş verib. Azərbaycan xarici işlər naziri bildirmişdi ki, həmsədrlər həmin görüşdə münaqişənin nizamlanmasına dair "kreativ ideyalar" irəli sürüblər, danışıqlar ümumən müsbət keçib.
Mənbə:> Virtualaz.org