Ermənilər Kəlbəcərdə belə əylənir – VİDEO
Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərindən görüntülər paylaşmaqda davam edir.
AzNews.info Baku.WS-ə istinadən xəbər verir ki, bu dəfə onlar Kəlbəcərin İstisu sanatoriyasından video paylaşıb.
Qeyd edək ki, erməni gənclər Azərbaycanın işğal edilmiş əraziləridən bu cür videoları tez -tez paylaşırlar.
Əlavə edək ki, Kəlbəcər İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
Post by aznews.info.
Mənbə:> Baku.ws