Sarkisyan Qarabağa səfərə hazırlaşır
Ermənistan prezidenti Serj Sarkisyan iyunun 22-də Dağlıq Qarabağa səfər etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə diplomatik mənbəyə istinadən “İnterfaks” məlumat yayıb.
O həmçinin qeyd edib ki, Sarkisyan separatçı “DQR” rəhbərliyi ilə görüş keçirəcək və bir neçə rayonda olacaq.
Xatırladaq ki, iyunun 20-da Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüş keçiriblər. Görüşün yekunlarına görə, müştərək üçtərəfli bəyanat verilib.
Mənbə:> Oxu.Az