«Clear» hoteldir, yoxsa əxlaqsızlıq yuvası? – VİDEO
Əxlaqsız əməllərin intensiv xarakter aldığı hotellərdən biri də Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Clear” hoteldir
Müşahidə etmisinizsə, Bakıda hotel, ailəvi istirahət mərkəzi, sauna və motellərin sayı günü-gündən artır. Hər birimizdə ilk baxışdan elə təsəvvür yaranır ki, həmin obyektlər təyinatları üzrə fəaliyyət göstərirlər. Amma real mənzərə tamamilə başqa cürdür.Bu gün paytaxtda yerləşən hotel, sauna və ailəvi istirahət mərkəzlərinin yetərli hissəsi əxlaqsızlıq yuvasına çevrilib. Əxlaqsız əməllərin intensiv xarakter aldığı hotellərdən biri də Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Clear” hoteldir. Əldə etdiyimiz məlumatda deyilir ki, “Dörd mərtəbədən ibarət olan hoteldə müştərilərin rahatlığı nəzərə alınıb. Hotel rəhbərliyi orada müştərilərin əyləncəli intim həyat yaşamasından ötrü bütün lazımı şərait yaradıb. Qiymətlər də kəllə-çarxa çıxıb.Ən sadə Otaqların bir gecəlik qiyməti 60-70 manatdan başlayır. Əməkdaşlarımız adı çəkilən ərazidə olublar.Magistral yolda çəkiliş edən əməkdaşımıza hotelin mühafizə xidməti yaxınlaşaraq,çəkilişi dayandırmağı tələb edib.Hər halda bu yerdə soğan yeməmisənsə için niyə göynəyir? -misalı tam yerinə düşür.
Qeyd edək ki, “Clear” hotelinin sahibi olaraq bilinən Fəxrəddin və Fikrət adlı qardaşlar Ermənistanın Yenokavan rayonunda fəaliyyət göstərən İstirahət Mərkəzinin şərikli sahibi olduqları bildirilir.Məsələ ilə bağlı “Clear” hotelinin rəhbərliyi ilə əlaqə saxlamağa cəhd göstərdik, lakin cəhdlərimiz boşa çıxdı.Mövzü ilə bağlı araşdırmalarımız davam edəcək.
Mənbə:> Yeniçağ