Сəbhəyanı ərazilərdəki vəziyyətlə bağlı » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Sosial

Сəbhəyanı ərazilərdəki vəziyyətlə bağlı

Сəbhəyanı ərazilərdəki vəziyyətlə bağlı

“Kəndlərə ara-sıra atırlar”.

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan sonra cəbhə xəttinə yaxın ərazilərdə vəziyyət barədə məlumat açıqlanıb.

Oxu.Az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Modern.az saytına rayonda vəziyyətin normal olduğunu deyib:

“Bizim rayonda olmasa da, qonşu rayon və kəndlərə ara-sıra atırlar. Vətəndaşların da əhval-ruhiyyəsi həmişəki kimi yaxşıdır. Hər kəs əkin-biçin işləri ilə məşğuldur, torpağını suvarır, çiyid səpirlər. İnsanlar gündəlik kənd təsərrüfatı qayğıları ilə məşğuldur. Təmas kəndinə yaxın kəndlərdə dərslər dayandırılmışdı, amma indi onlar da bərpa olunub”.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da açıqlamasında rayonda vəziyyətin tam normallaşdığını deyib:

“Evdən çıxarılan qadın və uşaqların hamısı qayıdıb, bütün ailələr öz evindədir. Məktəblərdə dərslər bərpa olunub. Ermənilər tərəfindən vurulmuş qaz və işıq xətlərinin hamısı işləyən 7 briqada tərəfindən bərpa olunub.

Əhalinin yaşayışı üçün problem yaradacaq heç nə yoxdur. Bu gün çöldə, kənarda olan, qorxan, qaçan adamımız yoxdur”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *