Azərbaycan Ordusu daha bir itki verdi
Azərbaycan Ordusu daha bir itki verib. “Qafqazinfo”ya daxil olan məlumata görə, Zərdab rayon Şahhüseyinli kənd sakini 1996-cı il təvəllüdlü Samir Dadaş oğlu Orucov ötən gecə Murovda hərbi xidmətini yerinə yetirərkən həyatını itirib.
Onun cәsәdi dünәn gecә yarısı ailәsinә tәslim edilib və bu gün torpağa tapşırılıb. S. Orucovun hərbi xidməti başa vurmasına 27 gün qalmışdı.
Qeyd edək ki, onlar ailәdә 2 qardaş, 1 bacıdırlar.
Yaxın dəqiqələrdə Müdafiə Nazirliyinin faktla bağlı açıqlama yayacağı gözlənilir.
AzNews.info başda şəhidin yaxınları olmaqla, bütün Azərbaycan xalqına baş sağlığı verir. Allah rəhmət eləsin!
Mənbə:> Qafqazinfo.az