Ermənilər yandırıcı güllələrdən kənlərimizi atəşə tutublar » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Video

Ermənilər yandırıcı güllələrdən kənlərimizi atəşə tutublar – VİDEO

Ermənilər yandırıcı güllələrdən kənlərimizi atəşə tutublar


Ermənistan silahlı qüvvələri Tovuzun sərhəd kəndlərində yanğınlar törədiblər.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, ötən gün günorta saatlarından etibarən Tovuzun sərhəd kəndləri olan Ağdam və Əlibəyli ermənilər tərəfindən yandırıcı güllələrdən atəşə tutulub.

Nəticədə kəndlərin yaxınlığında olan otlaq sahələrində yanğın başlayıb. Axşam saatlarında alov Ağdam kəndində yaşayış evlərinə yaxınlaşdığından yanğınsöndürənlər əraziyə çağırılıb.

Tovuz Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovun kəndə ziyan vurmaması üçün qabaqlayıcı tədbirlər görüblər. Kənd sakinləri bildiriblər ki, ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovu tez bir zamanda kəndə istiqamətləndirə bilib. Alovdan qorunmaq üçün qaçan yırtıcılar və sürünənlər də kəndlər üçün təhlükə yaradırlar.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *