Əsgərliyə getməmək üçün intihar etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Dünya

Əsgərliyə getməmək üçün intihar etdi

Əsgərliyə getməmək üçün intihar etdi


Türkiyənin Samsun şəhərində gənc ailə başçısı əsgərliyə getməmək üçün intihar edib. Özünü beşinci mərtəbədən atan adam xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

ANS PRESS-in məlumatına görə, 26 yaşlı Vedat Sevindik adlı gənc 6 ay əvvəl Nurbanu adlı qadınla ailə qurub. Ərzurumda inşaat şirkətində mühəndis işləyən Vedat bayram tətili zamanı həyat yoldaşı ilə Samsuna gəlib. Burada qaldıqları müddətdə onun həyat yoldaşı və qayınatası ilə əsgərliyə getmək haqqında söhbət edərkən mübahisə etməyə başlayıblar.

Sorğu zamanı Nurbanu Sevindik Vedatın şəxsi işini qurmaq istədiyini deyib. "Mən və atam isə "əvvəlcə əsgərliyə get, sonra iş yeri açarsan" dedik. Vedat əvvəlcə razılaşdı. Sonra əlləri ilə başını tutaraq evdə qaçmağa başladı. Qəfildən qapısı açıq eyvana tərəf qaçdı və özünü 5-ci mərtəbədən atdı", - deyən həyat yoldaşı polisə hələ də nə olduğunu anlamadığını bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *