Bakıda hərbi yürüş keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Bakıda hərbi yürüş keçiriləcək

Bakıda hərbi yürüş keçiriləcək


Mayın 28-də Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə saat 12.00-dan etibarən şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcəkdir.

Azərbaycanın Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin də nizami keçidi təşkil ediləcəkdir.

Bundan başqa, mayın 28-də saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaqdır.

Orkestrlər müəyyən olunmuş 6 nöqtədə çıxış edəcəklər:

- Fəvvarələr meydanı;
- Dənizkənarı Milli Park (Azneft meydanının qarşısındakı Dövlət Bayrağının yanında);
- Dənizkənarı Milli Park (Azadlıq meydanı qarşısında);
- Əhmədli qəsəbəsində yerləşən Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı.

Həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran və Qusar şəhərlərində də Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaqdır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


This year the Geneva International replica watches uk Watch Fair (Salon International de la Haute Horlogerie), replica watches Ulysse Nardin will launch a new "gold watch" original small rolex replica second hand, blue collocation big fire enamel dial, through the exquisite ENAMEL ART highlights its unique technology, can see the almost lost art style.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *