İran nüvə proqramını genişləndirir
İranda uranın zənginləşdirilməsi üçün sentrifuqun istehsalı üzrə yeni müəssisə açılıb.
"Report" xəbər verir ki, bunu Atom Enerjisi üzrə Təşkilatın rəhbəri Əli Əkbər Salehi deyib.
"İranın dini lideri, ayətullah Əli Xamneinin sərəncamlarına əsasən sentrifuqların istehsalı üzrə müasir sex açılıb və o, çox yaxşı təchiz edilib", - deyə o bildirib.
Təşkilatın rəhbəri müəssisənin gücü barədə təfərrüatları açıqlamayıb.
Salehi həmçinin bildirib ki, mütəxəssislər Tehranda tədqiqat reaktorunu tamamilə yenidən qurublar. "İran Avropa ölkələrindən biri ilə reaktorun işinin daha da təkmilləşdirilməsi ilə bağlı böyük müqavilə imzalayıb", - deyə o bildirib.
Təşkilat rəhbəri əlavə edib ki, bütün bu addımlar İranın nüvə proqramına dair sazişi pozmur.
Mənbə:> Report