Türkiyə S-400-ləri yerləşdirmək üçün xüsusi platformalar tikir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Türkiyə S-400-ləri yerləşdirmək üçün xüsusi platformalar tikir

Türkiyə S-400-ləri yerləşdirmək üçün xüsusi platformalar tikir

Türkiyə Rusiyadan alacağı S-400 zenit-raket komplekslərinin qurulacağı xüsusi platformaların tikintisinə başlayıb.

Virtualaz.org bildirir ki, bu barədə “CNBC” telekanalı ABŞ xüsusi xidmət orqanlarının hesabatı ilə tanış olan mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ kəşfiyyatının bir ay öncə açıqladığı hesabatda peyk vasitəsilə əldə olunan görüntülər var. Həmin görüntülərdə Türkiyənin S-400-lərin buraxılışı üçün obyektlər və bunkerlərin inşası təsbitlənib. Mənbə əminliklə vurğulayıb ki, həmin tikililərin və hərbi platformanın konstruksiyası məhz Rusiyanın S-400 raketdən müdafiə sistemlərinə uyğun gəlir.

Amma CNBC bu obyektin tikintisinin konkret harada aparıldığını dəqiqləşdirməyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *