Türkiyə ordusunun iki əsgəri şəhid olub

Türkiyədə terrorçuların yola qoyduğu əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 2 əsgər şəhid olub.
Türkiyə mətbuatı yazır ki, hadisə Ağrı vilayətində, Doğubəyazitdə baş verib.
Məlumatda bildirilir ki, partlayış zamanı 1 əsgər həlak olub, daha 1 əsgər isə yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mənbə: Virtualaz.org