Azərbaycan düşmənin hərbi texnikasını məhv edəcək PUA-lar istehsal edir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Azərbaycan düşmənin hərbi texnikasını məhv edəcək PUA-lar istehsal edir

Azərbaycan düşmənin hərbi texnikasını məhv edəcək PUA-lar istehsal edir

"İsrailin "Aeronautika" şirkəti ilə birgə müəssisə yaratmışıq və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) istehsal edirik".

Bunu müdafiə sənayesi naziri Yavər Camalov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.

Nazir bildirib ki, Türkiyənin "Aselsan" şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparılır: "Alov" zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə Türkiyənin başqa şirkətləri və digər ölkələrin müvafiq qurumları ilə bir sıra layihələr həyata keçirmək niyyətindəyik. Bu layihələrə əsasən 23 mm-lik snayper tüfəngini yaradıb, silahlanmaya daxil etməliyik. Snayper tüfənginin atış məsafəsi 3000 metr olacaq".

Y. Camalov qeyd edib ki, düşmənin PUA-larını endirmək üçün cihazların hazırlanması istiqamətində də işlər gedir: "Eyni zamanda, idarə olunmayan aviasiya bombalarının idarə olunan variantına gətirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək. Habelə kumilyativ başlıqlı pilotsuz uçuş aparatlarının ilkin sınaqlarına başlamışıq. Bu, düşmənin həm canlı qüvvəsini, həm də hərbi texnikasını məhvetmə qabiliyyətinə malik olacaq. Digər tərəfdən, elektro-impulslu silahların yaradılması istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir və bu işlərin icrasına başlamışıq".

Nazir qeyd edib ki, Azərbaycanda müdafiə sənayesi müəssisələrinin sayı ümumilikdə 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb, ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb.

Y.Camalov onu da vurğulayıb ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib: “Bunu ötən ilin aprel döyüşləri bir daha sübut etdi".

Nazir həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunduğunu da xüsusi qeyd edib: “Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *