Məhv edilən erməni hərbçinin mayor olduğu müəyyənləşib – FOTO
Azərbaycanın işğal edilmiş ərazilərində ötən gün məhv edilən erməni hərbçinin mayor olduğu müəyyənləşib.
Aznews.info Report-a istinadən xəbər verir ki, martın 1-də, saat 16-17 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrdən birində müqavilə ilə xidmət edən 37 yaşlı Nver Babacanyan artilleriya zərbəsi nəticəsində aldığı qəlpə yarasından dünyasını dəyişib.
Sosial şəbəkələrdə yayılan fotolardan göründüyü kimi, Nver Babacanyan mayor rütbəsi daşıyıb.
Mənbə:> Report.az