Ordu üçün toplanan vəsaitin məbləği açıqlanıb
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, 2017-ci il fevralın 1-dək fonda 79544198,44 AZN, 212673,88 ABŞ dolları, 6235,69 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiq edilib.
Mənbə:> Oxu.az