DTX Bakıda xüsusi əməliyyat keçirib » AzNews.info -Xəbər portalı

DTX Bakıda xüsusi əməliyyat keçirib – FOTO

DTX Bakıda xüsusi əməliyyat keçirib


Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Səbail Rayon İcra Hakimiyyəti tərəfindən dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 3 ünvanında yerləşən Badamdar qəsəbə dini icmasına baxış keçirilib.

Komitənin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, baxış zamanı “Dini etiqad azadlığı haqqında” qanunun müvafiq maddələrinin pozulduğu aşkarlanıb.

Oradan DQİDK-nın müvafiq razılığının olmadığı 59 ədəd dini təyinatlı ədəbiyyat, 19 ədəd videokaset, 27 ədəd DVD və 80 ədəd CD götürülüb. İcmada özündə xurafat elementləri ehtiva edən əşyalar da aşkarlanıb. Hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb.

DTX Bakıda xüsusi əməliyyat keçirib
DTX Bakıda xüsusi əməliyyat keçirib
DTX Bakıda xüsusi əməliyyat keçirib

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *