Amerika ordusunda transgenderlərə xidmət etməyə icazə verdilər
ABŞ-da öz orientasiyaları barədə açıq etiraf edən transgenderlərin orduda xidmət etmələrinə qadağa ləğv edildi.
Oxu.Az BBC-yə istinadən xəbər verir.
İl ərzində belə şəxslərin silahlı qüvvələrdə xidmət və tibbi xidmət standartları hazırlanacaq.
“Bu bizim xalq və ordu üçün doğrudur”, - ABŞ müdafiə naziri Eşton Karter bəyan edib.
Beləliklə də hazırda heç kimə xidmət etməkdə imtina edilməyəcək və heç kim gender mənsubiyyətinə görə xidmətdən təxris edilə bilməz.
Mənbə:> Oxu.Az